Azərbaycan Milli QHT Formunun idarə heyətinin sədri Ramil İskəndərlinin Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi postunda səlahiyyət müddəti başa çatıb.
Ramil İskəndərli Baş Assambleyada ötən 1 illik fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Hesabatda platformanın fəaliyyətinin BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi tərəfindən yüksək qiymətləndirildiyini və təşkilatın yaradılmasının rəsmi şəkildə müsbət qarşılanmasını qeyd edib. Həmçinin bu müddətdə Platformanın BMT-nin İqlim üzrə Yardımçı Orqanların 62-ci sessiyası, Qadınların Statusu Komissiyasının 69-cu sessiyası, Afrika Urban Forumu və digər…
