4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibəti ilə təşkil etdiyimiz tədbirdə səslənən bəyanatı təqdim edirik

“Azərbaycan Milli QHT Forumu və ANAMA yanında İctimai Şuranın BİRGƏ BƏYANATI Biz – Azərbaycan Milli QHT Forumunun, ANAMA yanında İctimai Şuranın üzvləri 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edirik. Mina təhdidi beynəlxalq humanitar gündəliyin ən ciddi problemlərindən biri olaraq qalır. Bu gün dünyada 60-dan çox…

Ətraflı məlumat

Aprelin 3-də Azərbaycan Milli QHT Forumunun Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şurası ilə birgə təşkilatçılığı ilə “Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə, qurbanların hüquqlarının müdafiəsi və beynəlxalq çağırışlar” mövzusunda ictimai müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ərəfəsində keçirilən tədbir mina təhlükəsinin aktuallığını, bu sahədə mövcud çağırışları və həll istiqamətlərini diqqətə çatdırmaq məqsədi daşıyıb. Çıxış edən Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli tədbirin əhəmiyyətindən danışıb. Mina təhlükəsinin ölkəmiz üçün yaratdığı humanitar, sosial və iqtisadi fəsadlardan bəhs…

Ətraflı məlumat

Azərbaycan Milli QHT Forumu tərəfindən sağlam həyat tərzinin təşviqi kampaniyası çərçivəsində Azərbaycan Kardiologiya Cəmiyyəti ilə birgə “Ürək-damar xəstəliklərində profilaktikanın rolu” mövzusunda ictimai müzakirə keçirilmişdir.

Azərbaycan Milli QHT Forumu tərəfindən sağlam həyat tərzinin təşviqi kampaniyası çərçivəsində Azərbaycan Kardiologiya Cəmiyyəti ilə birgə “Ürək-damar xəstəliklərində profilaktikanın rolu” mövzusunda ictimai müzakirə keçirilmişdir. Tədbirin açılış nitqini Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri – Ramil İskəndərli etmişdir. O, sağlam həyat tərzinin təşviqinin və ürək-damar xəstəliklərinin profilaktikasının cəmiyyət üçün strateji əhəmiyyət daşıdığını vurğulamışdır. Eyni zamanda bu…

Ətraflı məlumat

Azərbaycan Milli QHT Forumu Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan Milli QHT Forumu Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb. AZƏRTAC bəyanatı təqdim edir: “Biz – Azərbaycan Milli QHT Forumunun sıralarında birləşmiş yüzlərlə Azərbaycan QHT-ləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş bəşəriyyət əleyhinə cinayəti – soyqırımı törədənləri lənətləyirik. Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı…

Ətraflı məlumat

Şəhər inkişafında uşaqların təhlükəsizliyi və hüquqları mövzusunda ictimai dinləmə keçirilib

Şəhər inkişafında uşaqların təhlükəsizliyi və hüquqları mövzusunda ictimai dinləmə keçirilib 2026-cı il fevralın 16-da WUF13 QHT Koalisiyasının Katibliyi və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun ofisində “Şəhərsalma və uşaq hüquqları: WUF13 kontekstində kompleks yanaşma” mövzusunda dəyirmi masa keçirilib. Tədbir WUF13 prosesi fonunda şəhərsalma siyasətinə uşaq hüquqları prizmasından yanaşmanın…

Ətraflı məlumat

Azərbaycan Milli QHT Forumunda Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzləri ilə görüş keçirilib

2026-cı fevralın 21-də Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Görüş dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında institusional dialoqun gücləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi daşıyıb. Ramil İskəndərli qeyd edib ki, AMQF hazırda ölkənin ən geniş QHT platforması kimi sıralarında yüzlərlə təşkilatı birləşdirir…

Ətraflı məlumat

Azərbaycan Milli QHT Forumu “Amnesty International” təşkilatının 2026-cı il fevralın 17-də Ruben Vardanyan daxil olmaqla, erməniəsilli şəxslər barədə açıqlaması ilə əlaqədar bəyanat yayıb.

Azərbaycan Milli QHT Forumu “Amnesty International” təşkilatının 2026-cı il fevralın 17-də Ruben Vardanyan daxil olmaqla, erməniəsilli şəxslər barədə açıqlaması ilə əlaqədar bəyanat yayıb. APA xəbər verir ki, bəyanat deyilir: “Biz – yüzlərlə Azərbaycan QHT-lərini birləşdirən çətir təşkilat – Azərbaycan Milli QHT Forumu olaraq, “Amnesty International” təşkilatının Ruben Vardanyan daxil olmaqla, erməniəsilli şəxslərin ədalət məhkəməsi tərəfindən mühakimə…

Ətraflı məlumat

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda “14 Fevral – Beynəlxalq Kitab Bağışlanma Günü” münasibətilə “Kitablar ən yaxın dostumuzdur” adlı tədbir keçirilib.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda “14 Fevral – Beynəlxalq Kitab Bağışlanma Günü” münasibətilə “Kitablar ən yaxın dostumuzdur” adlı tədbir keçirilib. Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin sədri Güllü Eldar Tomarlı tədbir haqqında məlumat verib. Çıxışlarda kitabın və…

Ətraflı məlumat

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının nümayəndələri ilə görüş keçirilmişdir.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının icrası və kulturoloji maarifləndirmənin gücləndirilməsi sahəsində birgə fəaliyyət imkanları müzakirə olunmuşdur.

Ətraflı məlumat

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

Londonda Kral Birləşmiş Xidmətlər İnstitutu (RUSI) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Geosiyasi qeyri-müəyyənlik şəraitində Cənubi Qafqazda sülhün qurulması” mövzusunda dəyirmi masa keçirilib. AZƏRTAC xəbər verir ki, iki paneldən ibarət tədbirdə Azərbaycan və Böyük Britaniyadan yüksəksəviyyəli qonaqlar, eləcə də regional ekspertlər iştirak ediblər. Birinci panel RUSI-nin Beynəlxalq Təhlükəsizlik üzrə direktoru Neil Melvinin moderatorluğu ilə…

Ətraflı məlumat