Bu gün AMQF ofisində İdarə Heyətinin sədri Ramil İskəndərli və AMQF üzv təşkilatı “İqtisadi İnkişaf və Sosial Tədqiqatlar Mərkəzi” ( İİSTM) İctimai Birliyinin sədri İlkin Əhmədov və sədr müavini Fidan İsgəndərlə görüş keçirilmişdir. Görüşdə İİSTM-in Bakıda və regionlarda həyata keçirdikləri layihə və proqramlar, gənc sahibkar qadınlara keçirilən təlimlər və digər fəaliyyətlər barədə məlumat verildi. Təşkilatın təşəbbüsü ilə AMQF ilə əməkdaşlıq üzrə hazırlanacaq Yol Xəritəsi barədə fikir mübadiləsi aparıldı.


