“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi Azərbaycan Milli QHT Forumuna üzv qəbul edilib
Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin üzvü Zaur İbrahimli, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin həmtəsisçisi Üzeyir Məmmədov və nümayəndəsi Fərid Əkbərli arasında görüş keçirilib. Görüşdə regionlarda QHT fəaliyyətinin gücləndirilməsi, regional fəallığın artırılması, eləcə də şəhid ailələrinə göstərilən diqqət və qayğının ictimai təşəbbüslərlə dəstəklənməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər arasında fikir mübadiləsi aparılıb, gələcək…
