ADRA əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış üzrə növbəti təlimlərə start verilib.
Təlimlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq təşkil olunur və Agentlikdə şəffaflıq, hesabatlılıq və etik idarəetmə mühitinin daha da gücləndirilməsini hədəfləyir.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli tərəfindən keçirilən təlimlərdə bu dəfə ADRA-nın 42 əməkdaşı iştirak edir.

