Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli WUF13 çərçivəsində UN-Habitat tərəfindən keçirilən ilk tədbir — “İcma birlikləri və vətəndaş cəmiyyəti təşkilatları assambleyası”nın açılış sessiyasında çıxış edib.
BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Anaklaudia Rossbaxın tədbir iştirakçılarına yönləndirdiyi açılış nitqindən sonra çıxış edən Ramil İskəndərli bildirib ki, Azərbaycan Milli QHT Forumu ölkənin ən böyük vətəndaş cəmiyyəti platforması olaraq dayanıqlı inkişaf, iqlim fəaliyyəti, sosial inklüzivlik, şəhərsalma və humanitar təşəbbüslər istiqamətində yüzlərlə QHT-ni bir araya gətirir. Ramil İskəndərli qərargahı Bakıda yerləşən Qlobal Cənub QHT…
