Azərbaycan Milli QHT Formunun idarə heyətinin sədri Ramil İskəndərlinin Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi postunda səlahiyyət müddəti başa çatıb.

Ramil İskəndərli Baş Assambleyada ötən 1 illik fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Hesabatda platformanın fəaliyyətinin BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi tərəfindən yüksək qiymətləndirildiyini və təşkilatın yaradılmasının rəsmi şəkildə müsbət qarşılanmasını qeyd edib.

Həmçinin bu müddətdə Platformanın BMT-nin İqlim üzrə Yardımçı Orqanların 62-ci sessiyası, Qadınların Statusu Komissiyasının 69-cu sessiyası, Afrika Urban Forumu və digər beynəlxalq platformalarda fəal iştirak edərək iqlim ədaləti, dayanıqlı inkişaf və Cənub-Cənub əməkdaşlığının təşviqi istiqamətində mühüm beynəlxalq təşəbbüslərlə çıxış etdiyini qeyd edib.

“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilən Qlobal Cənub QHT Platformasının Baş katibi Fuad Kərimli seçilib. Beləliklə, növbəti 5 il ərzində Platformanın katibliyinin Azərbaycan həyata keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir