Azərbaycan Milli QHT Forumu son iki illik fəaliyyətinə və qarşıdakı planlarına dair ictimai hesabat xarakterli mətbuat konfransı keçirib. Bildirilib ki, 2024-cü ildə yenilənmiş strukturla fəaliyyətə başlayan Forum qısa müddətdə beynəlxalq səviyyədə tanınan platformaya çevrilib və yüzlərlə xarici QHT ilə əməkdaşlıq qurub.
Tədbir çərçivəsində Forumun illik fəaliyyət hesabatının qəbuluna dair səsvermə keçirilib və sənəd iştirakçılar tərəfindən yekdilliklə qəbul olunub.
Qeyd olunub ki, 2026-cı il mayın 14-də Bakıda 130-a yaxın ölkənin iştirakı ilə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası keçiriləcək. Bundan əlavə, mayın 16-da Türk dövlətləri QHT-lərinin II Həmrəylik Forumu təşkil olunacaq.
Forum rəhbərliyi QHT sektorunun inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və ictimai təşəbbüslərin təşviqi istiqamətində fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.










