Xəbər
Şəhid Zaur İsmayılzadənin xatirəsi anılıb
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Ailələrə Sosial Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid Zaur İsmayılzadənin 30 illik yubileyi münasibətilə anım tədbiri keçirilib. Şuşa uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Zaur İsmayılzadənin…
QHT-lər, media və süni intellekt mövzusunda panel keçirilib
2025-ci il iyulun 26-da “Çapar” Milli İrsin Tədqiqi Mərkəzi təşkilatçılığı ilə “QHT-lər, media və süni intellekt” mövzusunda panel keçirilib. Azərbaycan milli mətbuatının 150-ci ildönümünə həsr olunan paneldə yeni rəqəmsal çağırışlar dövründə medianın süni intellektdən istifadəsinin texniki və etik tərəfləri müzakirə olunub. Azərbaycan Milli QHT Forumunda baş tutan tədbirdə “Çapar” Milli İrsin Tədqiqi Mərkəzinin rəhbəri Dilqəm…
Azərbaycan QHT-ləri ABŞ Dövlət katibi Marko Rubioya müraciət ünvanlayıb
Azərbaycan QHT-ləri ABŞ Dövlət katibi Marko Rubioya müraciət ünvanlayıblar. Sizə məktub ünvanlamış bir qrup ABŞ konqresmeninin Azərbaycanın suveren əraziləri mövzusunda riyakarlığı, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə qarşı fəaliyyəti Azərbaycan ictimaiyyətində kəskin hiddət doğurub. Biz bu cür birtərəfli yanaşmaları rədd edirik. Hesab edirik ki, Bayden-Blinken dövrünün ermənipərəst simaları faktiki olaraq ABŞ Prezidenti Donald Trampın Cənubi…
Milli Mətbuatın 150 illiyi münasibətilə Azərbaycan Milli QHT Forumu media nümayəndələrini təbrik edir!
Milli Mətbuatın 150 illiyi münasibətilə Azərbaycan Milli QHT Forumu media nümayəndələrini təbrik edir! İctimai fikrin formalaşmasında oynadıqları rola və səmərəli fəaliyyətlərinə görə media nümayəndələrinə təşəkkür edirik.
Genetik xəstəliklər: Nələr bilməliyik?
Genetik xəstəliklər: Nələr bilməliyik?�19 iyulda Milli QHT Forumunda ictimai maarifləndirmə Həkimlər və səhiyyə QHT-lərinin üzvlərilə birlikdə! Genetik xəstəliklər necə ötürülür?�Qohum nikahının riskləri nələrdir?�Genetik testlər bizə nə deyir?�Sağlam gələcək üçün nə etməliyik? �Siz də iştirak edin, suallarınızı ekspertlərə verin, fikrinizi bölüşün. Qeydiyyat: http://bit.ly/4o6hESb #MilliQHTForumu#SağlamCəmiyyət#Maarifləndirmə
Üzvlərimizin sırasına qoşulun!
🔉❓Təmsil etdiyiniz QHT-nin əməkdaşlığını, peşəkar əlaqələrini və ictimai fəallığını gücləndirmək istəyirsiniz? ➡️Milli QHT Forumuna üzvlük bu imkanları təqdim edir: şəhərin mərkəzində ödənişsiz tədbir məkanı, təlim və layihələrdə iştirak, faydalı informasiya resurslarına, yeni tərəfdaşlıqlara çıxış və digər üstünlüklər. 🔺Üzvlərimizin sırasına qoşulun birlikdə vətəndaş cəmiyyətinin inkişafına töhfə verək.🇦🇿 MilliQHTForumu #VətəndaşCəmiyyəti #NationalNGOAzerbaijan #CivilSociety 🔉❓Looking to strengthen your NGO’s…
Azərbaycan Milli QHT Forumu Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasına dair bəyanat yayıb
Azərbaycan Milli QHT Forumu Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasına dair bəyanat yayıb. AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Biz Azərbaycan vətəndaş cəmiyyətinin səsi olaraq, son zamanlar Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasının sistemli xarakter aldığını müşahidə edir, bunu hiddətlə qarşılayırıq. 2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlılara…
Qlobal Cənub QHT Platforması Nyu-York və Bonndan sonra bu dəfə təmasları Londonda davam etdirib
Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi Ramil İskəndərli 2025-ci il iyunun 25-26-da Londonda “İqlim İnnovasiya Forumu – 2025”də iştirak edib. London İqlim Fəaliyyəti Təşkilatının təşəbbüsü ilə tarixi “Guildhall” Sarayında keçirilmiş Foruma dünyanın biznes, maliyyə, vətəndaş cəmiyyəti elitasından 2000 nəfərdən çox təmsilçi qatılıb.Toplantıda Böyük Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya üzrə dövlət katibi Ed Miliband,…
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü İtkin, Şəhid ailələrində uşaqlarla birgə qeyd olundu
Qarabaģ İtkin Ailələri IB-nin təşəbbüsü və Azərbaycan Milli QHT Forumunun təşkilati dəstəyi ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”münasibəti ilə İtkin, Şəhid ailələrin kiçik yaşlı uşaqları ilə açıq havada tədbir keçirilmişdir. Bu uşaqlar hər zaman dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşlar. Uşaqlarla görüş və tədbir Dövlət Kukla Teatrından start götürmüş, ilk əvvəl uşaqlar…
