AMQF İdarə Heyətinin üzvləri PA nümayəndəsi ilə görüşüb
Bu gün Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvləri ilə görüşüb. PA rəsmisi sıralarında yüzlərlə QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumunun fəaliyyətində bu ilin may ayında keçirilmiş qurultaydan sonra xeyli canlanma yarandığını qeyd edib, Forumun müxtəlif beynəlxalq miqyaslı təşəbbüslərinin maraqla qarşılandığını vurğulayıb….
