Azərbaycan Milli QHT Forumunda Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzləri ilə görüş keçirilib

2026-cı fevralın 21-də Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Görüş dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında institusional dialoqun gücləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi daşıyıb.

Ramil İskəndərli qeyd edib ki, AMQF hazırda ölkənin ən geniş QHT platforması kimi sıralarında yüzlərlə təşkilatı birləşdirir və son illərdə həm milli, həm də beynəlxalq səviyyədə vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət həyata keçirib.

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli qeyd edib ki, kənd təsərrüfatı sektoru ölkənin sosial-iqtisadi inkişafında, ərzaq təhlükəsizliyinin təmin olunmasında və kənd icmalarının rifahının artırılmasında strateji rol oynayır.

Görüşdə tərəflər müvafiq sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının səylərinin birləşdirilməsi imkanlarını müzakirə ediblər.

Azərbaycan Milli QHT Forumu ictimai şuralarla görüşləri davam etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir