13 aprel 2026-cı il tarixində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “Gələcəyimizin adı: yeni doğulan uşaqlara qoyulan adlar və milli kimlik” mövzusunda ictimai dinləmə keçirilmişdir.

13 aprel 2026-cı il tarixində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “Gələcəyimizin adı: yeni doğulan uşaqlara qoyulan adlar və milli kimlik” mövzusunda ictimai dinləmə keçirilmişdir.

Tədbirin açılış nitqini Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli edərək mövzunun aktuallığını vurğulayıb. Müzakirələr Maarifçi Media Mərkəzinin sədri Səadət Məmmədovanın moderatorluğu ilə davam etmişdir.

Müzakirələr zamanı QHT rəhbərləri və nümayəndələri milli ad ənənələrinin qorunmasının əhəmiyyətini vurğulayaraq, qloballaşmanın bu sahəyə təsiri və valideyn məsuliyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Müzakirələrin sonunda iştirakçılar tərəfindən valideynlər arasında maarifləndirmə işinin gücləndirilməsi, milli dəyərlərə uyğun ad seçiminin təşviqi istiqamətində müxtəlif təkliflər irəli sürülmüşdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir