Qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil ekspertlər ilə birlikdə Milli Fəaliyyət Planının icra vəziyyətinin müzakirəsi məqsədilə onlayn iclas keçirildi
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) işçi qrupuna cəlb olunmuş qeyri-hökumət təşkilatlarının (bundan sonra – QHT) nümayəndələri və müstəqil ekspertlərlə Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramının monitorinqi üzrə onlayn formatda ilk iclas keçirilmişdir. İclasın əsas məqsədi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üzrə Milli Fəaliyyət Planı”nın (bundan sonra –…
