Uşaqlar “rəqəmsal epidemiya” hədəfində
Yeni nəsli bu bəladan kim və necə qorumalıdır? “Azərbaycan Uşaqları” İctimai Birliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Yeni reallıqlar, yeni həllər: uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi” mövzusunda ictimai müzakirə keçirilmişdir. Məclisdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri, müxtəlif universitetlərin sosial iş ixtisası üzrə təhsil…
