2025-ci il fevralın 24-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda Gənclər və Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib. AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, Forum “İctimai iştirakçılıq haqqında Qanun”un təkmilləşdirilməsi sahəsində təkliflər hazırlayır, bununla əlaqədar İctimai Şuralarla silsilə fikir mübadilələri aparılır. Gənclər və Nazirliyi yanında İctimai Şuranın sədri, Olimpiya çempionu və ikiqat Avropa çempionu Elnur Məmmədli Şuranın fəaliyyəti və planlaşdırılan işlər barədə ətraflı məlumat verib. Forum və Şuranın əməkdaşlığının dərinləşdirilməsi qərara alınıb.




