Fevralın 21-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə AMQF rəhbərliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş təşkil olunub.
AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli, AMQF NTK sədri Fariz Əkbərov və NTK üzvü Nailə İsmayılova, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədri Sirus Abasbəyli, üzvlər Rauf Ağamirzəyev, Elnarə Məhərrəmova və Elvin Abbasov iştirak etdiyi görüşdə natiqlər İctimai Şuraların həyata keçirdiyi fəaliyyəti, “İctimai iştirakçılıq haqqında Qanun”un təkmilləşdirilməsi və İctimai Şuraların fəaliyyətinin effektivliyinin artırılması yolları ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Xatırladaq ki, bundan əvvəl AMQF təşəbbüsü ilə Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura, “Azəriqaz” İstehsalat Birliyinin yanında İctimai Şura üzvləri və Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşlər keçirilmişdir.











