Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) təşkilatçılığı ilə “NGO Tech Talks” ekspertlərlə təcrübə mübadiləsi sessiyası keçirilib.
Tədbirdə vətəndaş cəmiyyəti təşkilatlarının rəqəmsallaşması, müasir texnologiyaların tətbiqi və kibertəhlükəsizlik məsələləri müzakirə olunub.
Sessiyada AKTA-nın icraçı direktoru Rauf Cabarov “QHT-lər üçün praktiki kibertəhlükəsizlik qaydaları və Cybersecurity Checklist” mövzusunda çıxış edib. O, QHT-lərin üzləşdiyi rəqəmsal risklər, fişinq və sosial mühəndislik hücumlarından qorunma yolları, şübhəli keçid və əlavələrin müəyyənləşdirilməsi, həmçinin məlumatların ehtiyat nüsxələnməsi ilə bağlı praktiki tövsiyələr verib.








