1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü İtkin, Şəhid ailələrində uşaqlarla birgə qeyd olundu

Qarabaģ İtkin Ailələri IB-nin təşəbbüsü və Azərbaycan Milli QHT Forumunun təşkilati dəstəyi ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”münasibəti ilə İtkin, Şəhid ailələrin kiçik yaşlı uşaqları ilə açıq havada tədbir keçirilmişdir. Bu uşaqlar hər zaman dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşlar. Uşaqlarla görüş və tədbir Dövlət Kukla Teatrından start götürmüş, ilk əvvəl uşaqlar gözəl bir tamaşa izləmiş və Dənizkənarı Park ərazisində, restoranların birində təşkil olunan süfrə arxasında istirahət etmiş və əylənmişlər.

35 nəfərə yaxın İtkin, Şəhid ailələrlərinin kiçik yaşlı üzvlərinə AMQF tərəfindən 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi günü münasibətilə hədiyyələr təqdim olundu. Daha sonra “Wonderpark” attraksionlarının sahibi tərəfindən hədiyyə olaraq uşaqlara atraksionlardan ödənişsiz istifadə imkanı yaradıldı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *