Bu gün BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə davam edən 58-ci sessiyasının Irqi ayrıseçkiliklə bağlı növbəti plenar iclas zamanı keçirilən ümumi debatlarda Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərlinin Video müraciəti nümayiş etdirilmişdir. Video müraciətin tam mətnini nəzərinizə çatdırırıq:
“Hörmətli Sədr,
Bu il Fransa tərəfindən Əlcəzair səhrasında 1960-cı ildə keçirilmiş ilk nüvə sınağının 65-ci ildönümüdür. Həmin faciəli gündə Fransa Əlcəzairin cənub-qərbində ilk nüvə bombasını partlatdı və nəticədə dağıdıcı humanitar və ekoloji fəlakət baş verdi. Bu fəlakətin nəticələri indiki və gələcək nəsillər üzərində uzun kölgə salmaqda davam edir. Bu nüvə sınağı ayrica bir hadisə kimi yox, sonrakı 16 digər sınaq seriyasının başlanğıcı olaraq həyata keçirildi.
Fransa Əlcəzairdə keçirdiyi nüvə sınaqlarının nəticələrinə görə tam tarixi və hüquqi məsuliyyəti öz üzərinə götürməli, nəticədə dəyən zərərin aradan qaldırılması üçün əməli tədbirlər həyata keçirməlidir, o cümlədən bütün əlaqədar sənədlərin tam açıqlanması, radioaktiv tullantıların basdırıldığı yerlərin müəyyən edilməsi, çirklənmiş ərazilərin ekoloji reabilitasiyası və zərərçəkənlərə ədalətli kompensasiya ödənilməsi, onların adekvat tibbi xidmət və dəstəyə çıxışının təmin edilməsini həyata keçirilməlidir. Bu müstəmləkə zehniyyəti Fransa dövləti tərəfindən Əlcəzairlilərə qarşı daha geniş irqi ayrı-seçkilik nümunələri ilə üst-üstə düşür.
Biz Fransa hökumətinin Əlcəzairdə törətdiyi nüvə cinayətlərini tam etiraf etməsi və qurbanlar üçün ədalətli kompensasiya ilə müşayiət olunmalı olan hüquqi və mənəvi məsuliyyəti qəbul etməsinin vacibliyini nəzərinizə çatdırırıq. Təşəkkür edirəm.”
