Tədbirlər üçün müraciət forması

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (AMQF) tərəfindən təqdim olunan bu qaydalar, üzv təşkilatların tədbir, təlim, seminar və görüşləri Forumun inzibati binasında rahat və bərabər əsaslarla keçirməsini təmin etmək məqsədi daşıyır.

  1. Müraciət edən təşkilat AMQF-in üzvü olmalıdır.
  2. AMQF-in tədbir məkanında yalnız tam ödənişsiz (donorsuz) təşkil edilən tədbirlər keçirilə bilər.
  3. Hər bir üzv təşkilat ildə maksimum 6 tədbir keçirə bilər.
    (Qeyd: Bu limit, üzv təşkilatların sayının artması səbəbindən imkanların ədalətli bölüşdürülməsi məqsədilə müəyyənləşdirilib.)
  4. Tədbir barədə ən azı 7 gün əvvəl, aşağıdakı “Müraciət forması” doldurularaq müraciət edilməlidir.
    (Formanı yükləyin, doldurun və “Tədbir üçün müraciət” başlığı ilə office@ngoforum.az ünvanına göndərin.)
  5. Tədbirin təşkilati detalları “Müraciət forması”nda qeyd olunmalıdır.
  6. Tədbir hər hansı səbəbdən təxirə salındıqda, bu barədə ən azı 2 gün öncə AMQF-ə məlumat verilməlidir.

AMQF Tədbir Müraciət Forması