AMQF İdarə Heyətinin üzvləri PA nümayəndəsi ilə görüşüb

Bu gün Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvləri ilə görüşüb. PA rəsmisi sıralarında yüzlərlə QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumunun fəaliyyətində bu ilin may ayında keçirilmiş qurultaydan sonra xeyli canlanma yarandığını qeyd edib, Forumun müxtəlif beynəlxalq miqyaslı təşəbbüslərinin maraqla qarşılandığını vurğulayıb.

AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli İdarə Heyətinin hazırda Forumun Fəaliyyət Planı üzərində işlədiyini, QHT-lərdən daxil olan təkliflərin nəzərə alındığını, qarşıda xeyli yeniliklərin olacağını bildirib. İdarə Heyətinin üzvləri – Zaur İbrahimli, Pərvanə Vəliyeva, Azər Allahverənov, Xatirə Vəliyeva QHT-lərin üzləşdikləri bir sıra problemlər barədə də məlumat verib, onların aradan qaldırılması üçün konkret təkliflərlə çıxış ediblər.

Görüşdə PA rəsmisi müvafiq qeydlər götürüb.

Paylaşın: