AMQF-də gənclərlə görüş keçirilmişdir

Azərbaycan Milli QHT Forumunun konfrans zalında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi – 7” iştirakçıları olan gənclərlə təlim keçirilib. Görüşün məqsədi gənclərin təşkilati idarəçiliklə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi, bu sahəyə marağın oyadılması, fərdi inkişaflarına təkan verilməsidir. Tədbirdə təlimçi qismində AMQF İH sədri Ramil İskəndərli gənclərə təşkilati idarəetmədə liderlik keyfiyyətləri, növləri, üslubları və xüsusiyyətləri mövzularında təqdimat etmiş, gənclərlə işçi qruplarda məşğələlər və fikir mübadiləsi aparmışdır. Təlim zamanı gənclərin yüksək intellekti, aktivliyi, canlı müzakirələri, müstəqil fikir və arqument bildirmələri müşahidə olunmuşdur.

Tədbirdə hüquqşünaslıq, beynəlxalq münasibətlər, tarix, jurnalistika, dövlət idarəçiliyi və sosiologiya və digər sahələr üzrə ali təhsil müəssisələrində bakalavr və ya magistr pilləsi üzrə təhsil alan və ya ali təhsilini yeni bitirmiş şəxslər, eləcə də Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Mələk Həsənova iştirak etmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *