26-27 Dekabr tarixlərində “Mediasiya proseslərinin təşviqində QHT-lərin rolu” müzakirə edilmişdir

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Mediasiya Şurası və Azərbaycan Milli QHT Forumu (AMQF) tərəfindən “Mediasiya proseslərinin təşviq edilməsində QHT-lərlə əməkdaşlığın rolu” adlı iki günlük tədbir keçirilib. Tədibirin 1-ci günü, dekabrın 26-da AMQF-in konfrans zalında, sonrakı gün isə onlayn formatda təşkil edilmişdir. Hər iki tədbirdə ümumilikdə 60-dək mediator və QHT nümayəndələri iştirak etmişlər.

Hər iki tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Milli Qeyri – Hökumət Təşkilatları Forumunun sədri Ramil İskəndərli iştirakçıları salamlayıb və mediasiya sahəsində QHT-lərlə qurulan əməkdaşlıqlara diqqət çəkib.

Bu sahədə qeyri-hökumət təşkilatlarının (QHT) rolu xüsusi əhəmiyyət kəsb edir. QHT-lər mediasiya mədəniyyətinin geniş yayılması və ictimai maarifləndirmədə əsas iştirakçılardır. Onlar müxtəlif təlimlər, seminarlar və maarifləndirmə kampaniyaları vasitəsilə həm ictimaiyyəti məlumatlandırır, həm də mediasiyanın üstünlüklərini praktik nümunələrlə izah edirlər.

Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov son bir ildə mediasiya sahəsindəki inkişafdan danışıb. O, həmçinin QHT-lərlə gələcəkdə qurula biləcək əməkdaşlıqdan və bu əməkdaşlıqların gətirəcəyi səmərədən söz açıb. Nadir Adilov vurğulayıb ki, mediasiyanın müxtəlif sahələrə inteqrasiyası mübahisələrin alternativ həlli üsulu kimi mediasiyanın irəliləməsinə yol açacaqdır.

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat ve reyestr baş idarəsinin aparıcı məsləhətçisi Aytən Abbasova isə öz çıxışı zamanı mediasiya təşkilatlarinin qeydiyyati, həmçinin QHT-lərin mediasiyanin təşviqində rolu və bu sahədə səmərəli əməkdaşlığın qurulmasindan bəhs etmişdir.

Hər iki görüş zamanı mediatorlar və müxtəlif QHT təmsilçiləri aktuallıq kəsb edən məsələlər üzrə interaktiv müzakirə aparmış və bir sıra dəyərli təkliflər irəli sürülmüşdür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *