Forumun inzibati ofisində üzv QHT-lərə tam ödənişsiz tədbir məkanı təqdim olunur:
✅ Texniki şərait
✅ Şəhərin mərkəzində yerləşən əlçatan ünvan
✅ Rahat təşkilatçılıq imkanı
Bu dəfə qapılarımızı üzvümüz “Miqrasiya Könüllüsü” İctimai Birliyinə açdıq, gənclərlə peşəkarları bir araya gətirən təşəbbüsə dəstək olduq. Təşkilatın “Danışın, Sizi Tanıyaq” layihəsi çərçivəsində Everesti fəth etmiş alpinist Vəfa Musayeva ilə görüşü tədbir məkanımızda baş tutdu.
Qonağımız peşəkar karyerasından və onu Everestə aparan çətin, lakin yaddaqalan səfərindən söhbət açdı, iştirakçıların suallarını cavablandırdı.
🗣️Hörmətli üzv təşkilatlar!
Qapılarımız sizin üçün də açıqdır. Tədbirlərinizi ödənişsiz şəkildə bizim məkanda keçirmək üçün əlaqə saxlaya və ya müraciət formasını doldura bilərsiniz:
đź”—ngoforum.az/register/
📞 +994 50 672 47 40
📍 Azərbaycan Milli QHT Forumu: Bakı ş. S.Vurğun 83, Word Business Center,
17-ci mər. ofis 4



