“Zəfər Yolu”-nun kitab təqdimatı keçirildi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Vətənpərvərliyin İnkişafına Dəstək” İctimai birliyinin təşkilatçılığı ilə keçirilən Aprel döyüşləri və 44 günlük “Vətən müharibəsinə” həsr olunan “Zəfər yolu” layihəsi çərçivəsində 27 may 2022-ci il tarixində Bakı şəhərində müharibə iştirakçıları, şəhid ailələri və qazilərin iştirakı ilə kitab təqdimatı keçirildi. Tədbir “Vətənpərvərliyin İnkişafına Dəstək” İctimai birliyinin sədri Vəliyev Aydının çıxış nitqi ilə açıq elan olundu. Tədbirdə Sumqayıt Poeziya evinin rəhbəri, şair İbrahim İlyaslı, “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin sədri Dəyanət Həsənov, “Dünya Azərbaycanlılarının vətənpərvərləri” İctimai Birliyinin sədri Nəsimi Həsənov və şəhid ailələri, müharibə iştirakçıları, qazilər və müharibə veteranları iştirak etmişdir. “Dünya Azərbaycanlılarının vətənpərvərləri” İctimai Birliyinin sədri Nəsimi Həsənov çıxış edərək, “Vətən Müharibəsi”-də iştirakından və Zəfərimizin heç də asan başa gəlmədiyini, çətin yollarla igidlərimizin qanı, canı bahasına nail olduqlarını vurğuladı. Şəhid ailələri və müharibə iştirakçılaeı da öz fikirlərini bildirdilər. Daha sonra,  tədbirin bədii hissəsi iştirakçılara təqdim olundu. Belə ki, müharibə iştirakçısı olmuş Sərdarov Cəmallədin şeiri ilə iştirak edən hər kəsi duyğulandırdı. “Odlar Yurdu” qrupunun məktəblilərdən ibarət solistləri “Xudayar Təsnifi”-ni ifa etdilər. Sonda kitablar iştirakçılara paylandı. Kitab Vətən müharibəsində Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizə həsr olunub.

Son olaraq, Yusif Cəfərbəyli və Sevinc Sarıyeva “Qarabağ şikəstəsi”-ni ifa etdilər. Bədii hissənin təqdimatından sonra çay fasiləsi oldu. Xatirə şəkli çəkildi.

Paylaşın: