Yeni QHT-lər MQF üzvlüyünə qəbul edildi

Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin 13 mart 2020-ci il tarixində toplantısı keçirilmişdir. Toplantıda Yeni QHT-lərin MQF üzvlüyünə qəbul sənədləri müzakirə olunaraq 4 QHT (“Gələcəyimizin İnkişafı” İctimai Birliyi, sədr-Humay Mehdiyeva, “Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzi” İcitmai Birliyi, sədr-Qabil Hüseynov, “Azərbaycan Milli Kulinariya Assosasiyası” İctimai Birliyi, sədr- Tahir Əmiraslanov, “Qərbi Azərbaycana Dönüş” İctimai Birliyi, sədr-Səməndər Mehdiyev) MQF üzvlüyünə qəbul edilmişdir. Toplantı gündəliyinin digər məsələləri İctimai Şuraların fəaliyyəti, bu ilin sonuna qədər MQF-nin növbəti X Hesabat-Seçki Qurultayının keçirilməsi, MQF-nin mövcud vəziyyəti və gələcək inkişafı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub göndərilməsi qərara alınmışdır.

İclasın gündəliyinə uyğun olaraq ictimaiyyəti narahat edən bir sıra məsələlər müzakirə edilmiş və müvafiq təkliflər verilmişdir.

Paylaşın: