Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (AMQF) tərəfindən təqdim olunan bu qaydalar, üzv təşkilatların tədbir, təlim, seminar və görüşləri Forumun inzibati binasında rahat və bərabər əsaslarla keçirməsini təmin etmək məqsədi daşıyır.
- Müraciət edən təşkilat AMQF-in üzvü olmalıdır.
- AMQF-in tədbir məkanında yalnız tam ödənişsiz (donorsuz) təşkil edilən tədbirlər keçirilə bilər.
- Hər bir üzv təşkilat ildə maksimum 6 tədbir keçirə bilər.
(Qeyd: Bu limit, üzv təşkilatların sayının artması səbəbindən imkanların ədalətli bölüşdürülməsi məqsədilə müəyyənləşdirilib.) - Tədbir barədə ən azı 7 gün əvvəl, aşağıdakı “Müraciət forması” doldurularaq müraciət edilməlidir.
(Formanı yükləyin, doldurun və “Tədbir üçün müraciət” başlığı ilə office@ngoforum.az ünvanına göndərin.) - Tədbirin təşkilati detalları “Müraciət forması”nda qeyd olunmalıdır.
- Tədbir hər hansı səbəbdən təxirə salındıqda, bu barədə ən azı 2 gün öncə AMQF-ə məlumat verilməlidir.
AMQF Tədbir Müraciət Forması