Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Layihənin məqsədi Azərbaycan həqiqətlərinin, 44 günlük vətən müharibəsi dövrünün, zəfər tariximizin təbliği istiqamətində tədbirlər keçirmək, gənclər arasında təbliğat-təşviqat işləri aparmaqdan ibarətdir. Layihə çərçivəsində 4 rayonda – Qax, Zaqatala, Oğuz və Şəkidə seçilmiş 4 məktəbdə, gənclər arasında mədəni tədbirlər keçirməklə Azərbaycanın bu tarixi zəfərini, milli-mənəvi dəyərləri və vətənpərvərlik hissini aşılamaq nəzərdə tutulmuşdur.
Belə ki, ilk tədbir 13 aprel 2022-ci il tarixində Oğuz rayonunda – Oğuz Rayon Təhsil Şöbəsinin konfrans zalında təşkil edilib. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, Oğuz Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, müəllimlər, məktəblilər, Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri olmaqla, 60 nəfər iştirak edib. Tədbir İB-in sədri Bahar Məmmədovanın çıxışı ilə başlayıb. O, Açılış mərasimində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vasif İsgəndərov qonaqları salamlayaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Daha sonra layihənin təlimçisi Qərənfil Rəhmanova zəfər tarixi ilə bağlı prezentasiya və videoçarx təqdim edib. Tədbir müddətində layihə köməkçisi Seyfəddin Rəhimov və qazilərə də söz verilib.
Sonda Oğuz rayonu Şəhidlər Xiyabanı tədbir iştirakçıları tərəfindən ziyarət olunub və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, layihə 1 fevral 2022-ci il tarixindən 1 may 2022-ci il tarixinə qədər müddəti əhatə edir.