Türkiyənin Kahramanmaraş şəhərində baş verən və çox geniş bir bölgədə hiss edilən 7,4 bal gücündə zəlzələ nəticəsində Türkiyə vətəndaşlarının həlak olması və yaralanması xəbərindən son dərəcə kədərləndiyimizi və hər zaman olduğu kimi qardaş türk xalqının yanında olduğumuzu bildiririk. Bu ağır faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, bütün türk xalqına Azərbaycan Milli QHT Forumu adından və öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların sağalmasını, dağıntılar altında qalan türk bacı-qardaşlarımızın tezliklə xilas edilməsini arzulayırıq.
Hörmətlə,
Rauf Zeyni,
Azərbaycan Milli QHT Forumunun prezidenti