İkinci Dünya Müharibəsinin iştirakçısı,
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, xanım Fatma Səttarovaya
Hörmətli Fatma xanım,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinizə görə “İstiqlal” ordeni ilə təltif olunmağınız münasibətilə Azərbaycan Milli QHT Forumu və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, dövlətimizin inkişafı, xalqımızın rifahı naminə fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq..
Hörmətlə,
Rauf Zeyni
MQF-nin prezidenti