Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yolunu gözləyən torpaqlara sağlam qayıt!” adlı layihənin keçiriləcəyi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasında vətəndaşa göstərilən qayğı əsas olduğundan, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təklifi ilə qeyd edilən layihənin təyinatı dəyişdirilmiş, layihə çərçivəsində aztəminatlı məcburi köçkün vətəndaşlarımızın bir qrupuna ərzaq və zəruri tibbi ləvazimat verilməsi qərara alınmışdır.
Bu məqsədlə “Feniks” Sağlam Həyat Təbliği” İctimai Birliyi Kəlbəcər Rayon İcra Hakimiyyətinə məktubla müraciət etmiş, İcra Hakimiyyətindən Gəncə şəhərində yerləşən 1500 ailəlik köçkünlər qəsəbəsində məskunlaşan 70 imkansız məcburi köçkün ailəsinin siyahısı və ünvanları təqdim edilmişdir.
Poçtla ünvanlara göndərilən kuponları təqdim etməklə, qeyd edilən ailələr ərzaq və tibbi ləvazimatdan ibarət yardım paketlərini almışlar.