Milli QHT Forumunun rəhbərliyi döyüş bölgəsinə səfər edib

Azərbaycan Milli QHT Forumunu prezidenti Rauf Zeyni bir qrup MQF fəalı ilə – MQF İctimai Nəzarət Mərkəzinin direktoru İbrahim İbrahimov, İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev və sədr müavini Turxan Məhərrəmov bu gün döyüş bölgəsində – Füzuli rayonunda səfərdə olmuş, Füzuli Yağlıvənd kənd sakini, ərazi bütövlüyümüz uğrunda şəhid olan hərbi qulluqçu Əliyev Sehriman Rəhman oğlunun dəfn mərasimində iştirak etmiş, kənd ictimaiyyəti ilə mövcud vəziyyətlə əlaqədar fikir mübadiləsi aparmışdır.
Fikirlərini bildirən kənd sakinləri ruh yüksəkliyi ilə, döyüş əzmi ilə Ölkə Prezdenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, Azərbaycan xalqının və ordusunun yanında olduqlarını bildirmiş, yaşından asılı olmayaraq hər kəsin hər an vətən uğrunda döyüşə hazır olduğunu bildirmişlər.
Rauf Zeyni xalqımızın tarixi günləri yaşadığını qeyd edərək Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu illər ərzində apardığı strateji siyasət nəticəsində müstəqillik dövründə 30 il, tarixi baxımdan isə 2 əsr əsarətdə olan Qarabağın işğaldan azad olunacağı və xalqımızın bu tarixi zəfərinin çox yaxında olduğunu bildirmişdir.
 Ölkə Prezidentinin dediyi kimi – “Bizim işimiz haqq işidir və biz qalib gələcəyik! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan Xalqı!”
Paylaşın: