İndonezyada sərnişin təyyarəsi suya düşdü – ölənlər var

İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsi Cakarta yaxınlığında suya düşüb.

Bu barədə “Sinhua” agentliyi yerli TV-yə istinadən məlumat yayıb.

Hava gəmisində 6 ekipaj, həmçinin 6-sı uşaq olmaqla 59 sərnişin olub. Artıq təyyarənin qalıqları və ölənlərin meyitləri aşkar edilib.

15:00

İndoneziyanın paytaxtı Cakartanın hava limanından havaya qalxan sərnişin təyyarəsi ilə rabitə kəsilib.

Məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, təyyarə “Sriwijaya Air”ə məxsusdur.

Məlumata görə, təyyarə Cakarta-Pontianak reysini həyata keçirirmiş. “Boeing 737-500” təyyarəsinin göyərtəsində 50-dən çox sərnişin var.

İndoneziyanın Nəqliyyat Nazirliyi təyyarə ilə əlaqə kəsiləndən sonra axtarış-xilasetmə işləri başlandığını bildirib.

Paylaşın: