Göstərilir 10 Nəticə(s)

Zəngilanda düşmənin istehkamları yarılaraq azad edilən kəndlər

“Report”un çəkiliş qrupu Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə 27 ildən sonra erməni işğalçılarından azad olunan Zəngilan rayonunda olublar. Bir məqamı diqqətinizə çatdıraq ki, 44 günlük müharibədə məhz Zəngilan ən sürətli hücumla azad olunan rayonmuz kimi tarixə yazıldı. Belə ki, Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi azad edilib, …

Füzuli-Şuşa avtomobil yolu ilə hərəkət qısa müddətdə təmin olunacaq

Noyabrın 16-da Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və I xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra icrasına başlanılan layihə uğurla davam etdirilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir. Məlumatda …

Erməni əsirliyindən qayıdan azərbaycanlı: “Müharibənin bitdiyini bilmirdim”

“Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun sayəsində Vətənə qayıtmışıq və doğmalarımıza qovuşmuşuq”. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Əhmədzadə Mobil İlqar oğlu deyib. O bildirib ki, əsirlikdə olan vaxtı işgəncələrə məruz qalıb: “Düşmən tərəfindən beynəlxalq hüquqa riayət olunmur. Əsirlikdə olan zaman müharibənin bitdiyini bilmirdim. Dekabrın 10-da gördüm …