Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “İnsan hüquqları və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirildi.
Azərbaycan Milli QHT Forumu “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı kimi, Bakı QHT Resurs və Təlim Mərkəzində Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “İnsan hüquqları və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirildi. Tədbiri açıq elan edən Forumun prezidenti Rauf Zeyni, Ulu Öndər Heydər Əliyevin insan hüquqları konteksində tarixi xidmətlərindən bəhs etdi və Ulu …