Göstərilir 14 Nəticə(s)

Xarici və yerli QHT-lər “COP29 QHT Koalisiyası” yaradıb

“Xarici QHT-lərdən Azərbaycan Milli QHT Forumuna COP29-la əlaqədar çoxsaylı əməkdaşlıq təklifləri daxil olmaqdadır. Məsələni İdarə Heyətində müzakirə etdik və qərara aldıq ki, “COP29 QHT Koalisiyası” yaratmağa təşəbbüs göstərək. Təşəbbüsümüz xarici QHT-lər tərəfindən yüksək maraqla qarşılandı. Artıq 30 ölkədən 108 xarici QHT bu koalisiyaya qoşulmağa razılıq verib. Müraciətlər hər gün davam edir, ola bilsin ki, bu …

Azərbaycan Milli QHT Forumu qanvermə aksiyasına qoşuldu

İyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Azərbaycan Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib. Aksiyada Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatları Əziz Ələkbərli, Ceyhun Məmmədov, Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, “ASAN Radio”nun …

AMQF İdarə Heyətinin üzvləri PA nümayəndəsi ilə görüşüb

Bu gün Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvləri ilə görüşüb. PA rəsmisi sıralarında yüzlərlə QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumunun fəaliyyətində bu ilin may ayında keçirilmiş qurultaydan sonra xeyli canlanma yarandığını qeyd edib, Forumun müxtəlif beynəlxalq miqyaslı təşəbbüslərinin maraqla qarşılandığını vurğulayıb. …

Zəngilanda QHT-lərin Əməkdaşlıq Forumu keçirilmişdir

24-25 iyun 2024-cü il tarixlərində Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” keçirilmişdir. Forumda baş verənləri xronolji ardıcıllıqla nəzərinizə çatdırırıq.   Forumun ilk günü Açılış Forumda ilk öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi 1 …

The National NGO Forum of Azerbaijan organized a Side Event

The National NGO Forum of Azerbaijan organized a Side Event within the framework of the “Second Annual Global Summit on Forecasting a Healthy Future,” which took place in Baku on June 18, 2024. During the event, local NGOs met with representatives of foreign organizations, experts, and international foundations participating in the summit. They discussed the …

Bakıda QHT-lərin COP29-a verə biləcəkləri töhfə müzakirə olunub

Bakıda iyunun 18-də keçirilən “Sağlam Gələcəyin Proqnozlaşdırılması üzrə 2-ci illik Qlobal Sammit” çərçivəsində Azərbaycan Milli QHT Forumu yan tədbir təşkil edib. “Report” xəbər verir ki, tədbir zamanı yerli QHT-lər və sammitdə iştirak edən xarici təşkilatlar, QHT-lər, ekspert və beynəlxalq fondların nümayəndələri arasında görüş keçirilib, COP29 prosesinə töhfə verə biləcək məsələlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüşün …

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

14 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə SOCAR-ın “Eko park”ında bir sıra vətəndaş cəmiyyəti təmsilçiləri üçün SOCAR-ın yaşıl enerji gündəliyi barədə informasiya sessiyası və ekotur təşkil olunub. Tədbirdə vətəndaş cəmiyyətinin üzvləri üçün SOCAR-ın yaşıl gündəliyi üzrə təqdimatlar edilib. Tədbir iştirakçılarını …

Türkiyə hərbçilərinin Qarabağda minatəmizləmə əməliyyatı davam edir

Türkiyə Quru Qüvvələrinə məxsus Xüsusi Mina Axtarma Təmizləmə qrupu Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalından azad etdiyi əraziləri minalardan təmizləyir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb. “Azərbaycan Ordusunun 44 gündə böyük bir qələbə qazandığı Qarabağ bölgəsində ərazilərin minalardan təmizlənməsi işləri davam edir. Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə Bölməsindən (ÖMAT) 136 nəfərlik heyət …

Hündürlüyü iki metr olan “Şuşa” yazısı hazırdır

Vətən Müharibəsi nəticəsində işğaldan azad olunan Şuşa şəhərində quraşdırılması üçün iri ölçülü (iki metrə yaxın hündürlükdə) yazı hazırlanıb. Xüsusi işıq diodları ilə təchiz olunmuş konstruksiya elektrik enerjisinin verilib-verilməməsindən asılı olmadan sutkanın qaranlıq vaxtında da göz oxşayacaq. “AdCo” reklam şirkəti tərəfindən hazırlanan yazının Azərbaycanın mədəniyyət paytaxtında yerləşdirilməsi üçün artıq aidiyyəti qurumlara müraciət olunub və təsdiqini gözləyir. …