Bu gündən Milli QHT Forumunun regional forumları başlayır

Bu gündən etibarən Azərbaycan Milli QHT Forumunun regional forumları başlayır.

İlk belə tədbir bu gün Lənkəran şəhərində keçiriləcək.

Bu regionu əhatə edən qeyri-hökumət təşkilatlarının nümayəndələri foruma toplaşacaq. Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, regional forumlarda əsas məqsəd bölgələrdəki ehtiyacları və vəziyyəti yerində qiymətləndirməkdir.

Qeyd edək ki, AMQF-nun regional forumları yanvarın 8-nədək davam edəcək. Regional forumların dekabrın 26-da Qubada, dekabrın 27-də Şəkidə, dekabrın 29-da Gəncədə, 2024-cü il yanvar ayının 8-də Naxçıvan şəhərində davam etdirilməsi nəzərdə tutulur.

Yanvarın 10-da isə Azərbaycan Milli QHT Forumu Bakıda Ümumrespublika Forumu keçirəcək.

Paylaşın: