“Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində Sumqayıt şəhərində tədbir keçirildi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Bakı QHT Resurs və Təlim Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 29 aprel 2022-ci il tarixində Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni çıxış edərək tədbiri açıq elan etdi. Öz çıxışında layihənin əsas məqsədi haqqında məlumat verdi. Layihənin məqsədi  Bakı QHT Resurs və Təlim Mərkəzinin üzvü olan QHT rəhbərlərinin və personalının professional idarə etmə qabiliyyətlərinin artırılması üçün institusional (informativ, metodiki təşkilatı və digər) dəstəyin təşkil olunması bununla  ölkədə vətandaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdan ibarətdir. Daha sonra, Sumqayıt şəhəri İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov öz çıxışında Sumqayıt şəhərində fəaliyyət göstərən QHT-lər haqqında məlumat verdi.

Daha sonra, tədbir iştirakçılarına söz verildi. Mədəni İnkişafın Təbliği İctimai Birliyinin sədri Xatirə Fərəcova vətəndaş cəmiyyətinin inkişafında Bakı QHT Təlim və Resurs Mərkəzinin  əhəmiyyətli rol oynadığını bildirərək mərkəzin sədri Rauf Zeyniyə öz minnətdarlığını bildirdi. Daha sonra, Azərbaycan Milli QHT Forumu Könüllüləri İctimai Birliyinin sədri Nərmin Kərimova çıxış edərək, Qeyri-Hökumət Təşkilatlarında könüllülük hərəkatının geniş vüsət alması bar ədə çıxış etdi. Eyni zamanda iştirak edən digər QHT nümayəndələrini çevik könüllüllük hərəkatının daha da genişləndirilməsində birgə əməkdaşlığa dəvət etdi. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sumqayıt şəhər şöbəsinin sədri Teymuraz Mansurov da çıxış edərək, Qeyri-Hökumət Təşkilatlarının ölkəmizin təbliğində daha çox işlər görülməsini diqqətə çatdırıb.

Qeyd edək ki, Bakı QHT Resurs və Təlim  Mərkəzi Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən QHT-lərin tədbir və layihələrini yüksək səviyyədə təşkil olunması üçün hər bir texniki avadanlıqla təchiz olunub. Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən QHT-lər üçün hüquqi, eyni zamanda davamlı tərzdə artması və inkişafı üçün əlverişli mühit yaradılacaqdır. Buna əsasən, layihə çərçivəsində ictimai, dövlət və özəl sektorda milli QHT-lərin işinin və potensial rolunun artmasına yardım göstərilməsi, vətəndaş cəmiyyəti quruculuğunda milli hökumət və hər hansı beynəlxalq təşkilata informasiya və digər cəhətdən yardım göstərilməsi, hökumət, milli və beynəlxalq donorlar, texniki müəssisələr, mətbuat və xüsusi agentliklərlə əlaqələrinə kömək göstərilməsi nəzərdə tutulur.

Paylaşın: