Göstərilir 100 Nəticə(s)

Prezident İlham Əliyev Rusiya Hökumətinin sədr müavini ilə görüşüb

Yanvarın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk arasında görüş keçirilib. Görüşdə Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, 2020-ci ildə koronavirus pandemiyasına baxmayaraq, iqtisadi sahədə əlaqələr …

Teymur Rəcəbov erməni rəqibini məğlub edərək çempion oldu

Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olunub. Final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparıb. Matç Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb. Birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edən 33 yaşlı qrossmeyster bu dəfə də ona …

Ermənistan Qarabağ müharibəsində itkilərinin sayının artdığını açıqladı

Ermənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində ölənlərin sayı ilə bağlı son statistikanı açıqlayıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan sosial şəbəkədəki hesabında bildirib. Səhiyyə Nazirliyinin rəsmisi müharibədə 3 300-dən çox hərbi qulluqçunun həlak olduğunu açıqlayıb. Nazirlik rəsmisi qeyd edib ki, bunlar meyitləri məhkəmə-tibbi ekspertizasından keçənlərdir. “Məhkəmə-tibbi ekspertizasından həlak olmuş 3 300 hərbi qulluqçunun meyiti …

Daha bir qazinin ailəsi mənzillə təmin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Vətən müharibəsinin iştirakçısı, döyüşlərdə yaralanmış Məmməd Əkbərovun ailəsinin də mənzillə təmin edilməsini qərara alıb. Bu barədə nazirlikdən məlumat verilib. Qeyd olunub ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ailə ilə görüşüb, ailənin sosial vəziyyətini öyrənib. “Məmməd Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq Cəbrayıl və Qubadlının azad edilməsi …

Nəşi tapılan hərbçimiz dəfn edildi

Azərbaycan Ordusunun itkin düşmüş hərbi qulluqçusu dəfn edilib. 1999-cu il təvəllüdlü Teymurov Fərid Füzuli oğlunun doğulduğu Cəlilabad rayonun Qarğılı kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak edib. 12:09 Azərbaycan Ordusunun itkin hesab edilən hərbi qulluqçusunun nəşi tapılıb. 1999-cu il təvəllüdlü Teymurov Fərid Füzuli oğlunun nəşi doğulduğu Cəlilabad rayonun …

İlham Əliyev və Mehriban Əliyeva Rober Osseynin ailəsinə başsağlığı verib

Prezident İlham Əliyev Rober Osseynin ailəsinə başsağlığı məktubu göndərib. Başsağlığı mətnində deyilir: “Dünya teatr və kino sənətinin görkəmli nümayəndəsi, aktyor, ssenarist, rejissor Rober Osseynin vəfatı ilə əlaqədar Mehriban xanımla birlikdə dərin hüznlə başsağlığımızı veririk. Rober Osseynin dolğun səhnə və ekran fəaliyyəti əsnasında canlandırdığı rəngarəng obrazlar, bənzərsiz ifalar, quruluşçusu olduğu çoxsaylı tamaşalar kino və teatr sənətinin …

Yerin ən yaşlı adamının 118 yaşı tamam oldu

Dünyanın Yaponiyada yaşayan ən yaşlı sakini Kane Tanakanın yanvarın 2-də 118 yaşı tamam olub. Məlumatı yerli NHK telekanalı yayıb. Bildirilib ki, Kane xanım Tanaka 1903-cü il yanvarın 2-də anadan olub. 2018-ci ildə ona Yerin ən yaşlı sakini fəxri adı verilib. Məlumata görə, onun 2021-ci ilin mayında Tokioda keçiriləcək Olimpiya oyunlarının məşəlinin estafetinə qatılması planlaşdırılıb. Mayın …

Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. P.Həşimovun dünyaya gəlişindən 46 il ötür. P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi …

ABŞ-da azərbaycanlı şagird Donald Trampın xüsusi mükafatına layiq görülüb

ABŞ-ın Merilend ştatının “Crofton” məktəbində təhsil alan həmyerlimiz, 14 yaşlı Xədicə İbrahimova təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Birləşmiş Ştatlar Prezidenti Donald Trampın imzası ilə “Outstanding Academic Excellence” mükafatına layiq görülüb. Xədicənin atası İmamverdi İbrahimov “Report”a müsahibəsində bildirib ki, qızı hələ kiçik yaşlarında xüsusi istedadı ilə həmyaşıdlarından fərqlənib və təhsil aldığı məktəbdə bu günə qədər müxtəlif fənlər üzrə uğurlarına görə …