Göstərilir 100 Nəticə(s)

Füzuli-Şuşa avtomobil yolu ilə hərəkət qısa müddətdə təmin olunacaq

Noyabrın 16-da Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və I xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra icrasına başlanılan layihə uğurla davam etdirilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir. Məlumatda …

Erməni əsirliyindən qayıdan azərbaycanlı: “Müharibənin bitdiyini bilmirdim”

“Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun sayəsində Vətənə qayıtmışıq və doğmalarımıza qovuşmuşuq”. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Əhmədzadə Mobil İlqar oğlu deyib. O bildirib ki, əsirlikdə olan vaxtı işgəncələrə məruz qalıb: “Düşmən tərəfindən beynəlxalq hüquqa riayət olunmur. Əsirlikdə olan zaman müharibənin bitdiyini bilmirdim. Dekabrın 10-da gördüm …

Hulusi Akar: “Azərbaycanlı qardaşlarımızın haqlı davalarında sonunadək yanlarında olacağıq”

“Şanlı ordumuz yeddi iqlim, üç qitəyə sülh, əmin-amanlıq və ədalət aparan əcdadlarımızdan aldığı feyz ilə dost, qardaş, məzlum və məğdur ölkələrin əmin-amanlığı və təhlükəsizliyi üçün də mübarizə aparır; BMT, NATO, ATƏT və ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycanda, Liviyada, Kosovoda, Əfqanıstanda, Bosniya və Herseqovinada, Qətərdə, Somalidə, Sudanda və bir çox yerdə sülhə töhfə vermək üçün böyük səylə …

Erməni təcavüzündən ziyan çəkən şəxslərə maddi yardım göstərilməsinə başlanılıb

Sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 06 noyabr 2020-ci il və 14 dekabr 2020-ci il tarixli Sərəncamlarının icrası prosesi yeni mərhələyə daxil olub. Bu barədə Nazirlər Kabinetinin mətbuat …

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dövlət başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə …

“Trend” agentliyinin direktor müavini koronavirusdan vəfat edib

“Baku Network” Ekspert Şurasının direktoru, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini, ehtiyatda olan polkovnik, politoloq Elxan Ələsgərov vəfat edib. O, 66 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib. Qeyd edək ki, E.Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, Bakı şəhər 150 saylı orta məktəbi 1972-ci ildə bitirib. Ali təhsilini Azərbaycan Texniki Universitetində alıb, …

Boris Conson: “Qarşıda bizi çox çətin həftələr gözləyir”

Britaniyada koronavirus tədbirləri daha da sərtləşdiriləcək. Bbunu baş nazir Boris Conson deyib. Onun sözlərinə görə, virusla mübarizədə Britaniyanı qarşıda çox çətin həftələr gözləyir. “Koronavirusa yoluxma rəqəmləri daha sərt tədbirlər görmək lazım olduğunu heç bir sual altında qoymur və biz bu tədbirləri tez bir zamanda elan edəcəyik”,- deyə Boris Conson qeyd edib. Baş nazir hökumətin virusu …

İlham Əliyev və Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Teymur Rəcəbovu “Airthings Masters” şahmat turnirində qələbə qazanması münasibətilə təbrik ediblər. Təbrikdə deyilir: Əziz Teymur, “Airthings Masters” şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik. Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu …

Rəcəbov Çempionlar Turunun final mərhələsinə vəsiqə qazandı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov sentyabrda ABŞ-ın San-Fransisko şəhərində keçiriləcək Çempionlar Turunun final mərhələsinə vəsiqə qazanıb. Turnirin baş sponsoru Norveçin “Meltwater” şirkəti elan olunub. Şirkətin təsisçisi və icraçı direktoru Yorn Lüssegen belə bir yarışı səfər imkanlarından asılı olaraq, təşkil edəcəyini bildirib. Çempionlar Turunun ilk mərhələsi 2020-ci ilin noyabrında keçirilib. Teymur Rəcəbov “Airthings Masters” adlı ikinci mərhələnin …