Göstərilir 100 Nəticə(s)

II Yelizaveta koronavirus əIeyhinə peyvənd edildi

Böyük Britaniya kraliçası II Yelizaveta və həyat yoldaşı, Edinburq hersoqu Filip COVID-19 əleyhinə peyvənd olunublar. Bu barədə Bukinhem sarayında bildirilib. “Kraliça və Edinburq hersoqu bu gün COVID-19-dan peyvənd ediliblər”, – bəyanatda deyilir. Peyvənd olunma Vindzor qəsrində keçirilib. Britaniyada koronavirus əleyhinə vaksinləmə dekabrda başlayıb. Peyvəndlər hələ ki yalnız risk qrupu kateqoriyalarından olan insanlar üçün əlçatandır. Vaksinləri …

İndonezyada sərnişin təyyarəsi suya düşdü – ölənlər var

İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsi Cakarta yaxınlığında suya düşüb. Bu barədə “Sinhua” agentliyi yerli TV-yə istinadən məlumat yayıb. Hava gəmisində 6 ekipaj, həmçinin 6-sı uşaq olmaqla 59 sərnişin olub. Artıq təyyarənin qalıqları və ölənlərin meyitləri aşkar edilib. 15:00 İndoneziyanın paytaxtı Cakartanın hava limanından havaya qalxan sərnişin təyyarəsi ilə rabitə kəsilib. Məlumatı “TRT Haber” …

Min nəfəri icaze.e-gov.az-da qeydiyyatdan keçirənlər həbs edildi

Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı dövlət orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan …

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə!

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib. Nazirlikdən bildirilib ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər yanvarın 11-dən 30-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət …

Hündürlüyü iki metr olan “Şuşa” yazısı hazırdır

Vətən Müharibəsi nəticəsində işğaldan azad olunan Şuşa şəhərində quraşdırılması üçün iri ölçülü (iki metrə yaxın hündürlükdə) yazı hazırlanıb. Xüsusi işıq diodları ilə təchiz olunmuş konstruksiya elektrik enerjisinin verilib-verilməməsindən asılı olmadan sutkanın qaranlıq vaxtında da göz oxşayacaq. “AdCo” reklam şirkəti tərəfindən hazırlanan yazının Azərbaycanın mədəniyyət paytaxtında yerləşdirilməsi üçün artıq aidiyyəti qurumlara müraciət olunub və təsdiqini gözləyir. …

Aqil Abbas rus sülhməramlılarına etiraz etdi: “Niyə mən…”

“Ermənilər Laçın dəhlizi ilə Qafandan Əsgərana gəlirlər. Bir buna razılaşmışıq, keçə bilərlər. Onda mənə də icazə versinlər ki, mən də Ağdamdan 37 kilometrlik yol ilə Şuşaya gedim”. Bu fikirləri deputat Aqil Abbas səsləndirib. “Niyə mən Şuşaya Füzulidən 105 kilometrlik yol ilə getməliyəm? Niyə mən Kəlbəcərə Murovdan getməliyəm? Gül kimi Ağdərədən Kəlbəcərə 80 kilometrlik yol var. …

Müdafiə naziri azad edilmiş ərazilərə getdi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrinin təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazir hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb, vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib. Sonda Nazirliyin rəhbərliyi …

Udinlər növbəti dəfə Kəlbəcərdəki Xudavəng monastırında olublar

Qafqazdakı Alban Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udin dini icmasının üzvləri bu gün Kəlbəcər rayonunda olub, orada Xudavəng monastır kompleksini ziyarət ediblər. Onlar Milad bayramı ilə əlaqədar Xudavəng monastırında ibadət edib, dualar oxuyublar. Qeyd edək ki, Alban-Udin icmasının üzvləri daha öncə də Xudavəng monastırını ziyarət ediblər. Onlar yenə də bura gələcəklərini və daimi müqəddəs məkanlarından …

Ceyhun Bayramovun Ermənistanla bağlı məktubu BMT-nin sənədi kimi yayılıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanlandığı, Ermənistanın beynəlxalq hüquqa və 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq sabitliyin pozulmasına yönələn fəaliyyəti barədə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Məktubda 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Azərbaycanın münaqişənin təsirinə məruz …