Göstərilir 96 Nəticə(s)

Milli QHT Forumu müsabiqənin qalibi olub.

“COJEP International” Avrasiya Koordinatorluğunun COJEP Şəbəkə üzvü olan Azərbaycan Qeyri-Hökumət Təşkilatları arasında “Könüldən Könülə Türkiyə Görüş layihəsi” üzrə müsabiqə nəticələrinə əsasən 1-ci istiqamət üzrə qalib təşkilat Milli QHT Forumu olub. Bu barədə məlumatı Milli QHT Forumunun prezidenti Rauf Zeyni məlumat verib. Məlumatda deyilir ki: “Bu istiqamət üzrə Həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olan QHT-ləri bir …

“Narkomanlığa qarşı mübarizə mənəviyyatın xilası deməkdir”mövzusunda elmi nəzəri praktik konfrans keçirildi- FOTOLAR

“Gənc Vətənpərvərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Agentliyin maliyyə yardımı ilə “Narkomaniyanın profilaktikası sahəsində kompleks tədbirlərin keçirilməsi “adlı layihə çərcivəsində Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatcılığı ilə “Narkomanlığa qarşı mübarizə mənəviyyatın xilası deməkdir”mövzusunda elmi nəzəri praktik konfrans keçirilib. Tədbir Azərbaycanın Dövlət himi ilə başladı və Ulu Öndərin və torpaqlarımızın müdafiəsi uğrunda …

Brüsseldə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi — FOTOLAR

Fevralın 24-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı fotosərgi və tədbir keçirilib. Tədbirin medaratoru Belçika Türkcə Media Birliyinin rəhbəri Hüseyn Dönməz tədbiri Xocalı soyqırımı …

“Zəfər Tariximizi Yaşadaq!” layihəsinin icrasına start verildi!

  Regional Əməkdaşlıq və Sosial İnkişaf İctimai Birliyinin “Zəfər Tariximizi Yaşadaq” layihəsinin icrasına başlanıldı. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı …

Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələrinin Brüsseldə görüşü başladı — FOTOLAR

  Bu gün Azərbaycandan olan tanınmış vətəndaş cəmiyyətinin nümayəndə heyəti Belçikanın paytaxtı Brüsselə səfərə gəlib. Səfərdə ATXƏM-in sədri İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az saytının baş redaktoru Vasif Həsənli iştirak edirlər. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq …

Rauf Zeyni Fatma Səttarovanı təbrik etdi!

İkinci Dünya Müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, xanım Fatma Səttarovaya   Hörmətli Fatma xanım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinizə görə “İstiqlal” ordeni ilə təltif olunmağınız münasibətilə Azərbaycan Milli QHT Forumu və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, dövlətimizin inkişafı, xalqımızın rifahı …

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

Agentlikdən QHT.az -a verilən məlumata görə, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan Vüsal Quliyev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə olunan qələbənin xalqımıza mənəvi üstünlük gətirdiyi, tarixi inkişafımızda və yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoyduğunu bildirib. Eyni zamanda, Müzəffər Ali Baş Komandanın diplomatik cəbhədə və informasiya müharibəsində əzmkar fəaliyyəti, güclü və uzaqgörən dövlət xadiminin qətiyyətinin təcəssümü xüsusi olaraq qeyd olunub.

Çıxış edən Müşahidə Şurası üzvləri və QHT təmsilçiləri işğaldan azad olunan torpaqlarımıza Böyük qayıdış və həmin ərazilərdə həyata keçiriləcək dirçəliş fəaliyyətlərinə tam dəstək olduqlarını və beynəlxalq tribunalarda ölkəmizin haqq işinin müdafiəsi və təbliği istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Sonda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri və QHT təmsilçiləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanıb.

Təbrikdə qeyd olunur ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Zəfər tarixidir:

“Bu qələbə Ali Baş Komandan kimi qətiyyətiniz, Azərbaycan xalqının sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı və fədakarlığı nəticəsində mümkün oldu. 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycanın tarixi qələbəsi işğalçı Ermənistanın yaratdığı mifləri dağıtdı, xalqımıza mənəvi üstünlük gətirdi, tarixi inkişafımızda, yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoydu.

Sizin diplomatik cəbhədə və informasiya müharibəsində əzmkar fəaliyyətiniz mahir diplomatiyanın parlaq nümunəsi, güclü və təcrübəli, uzaqgörən dövlət xadiminin qətiyyətinin təcəssümü idi. Xalqımızı səfərbər edərək böyük qələbəyə aparan Müzəffər Ali Baş Komandan kimi Sizinlə, torpaqlarımızın işğaldan azad olunmasında canından keçən qəhrəman əsgər və zabitlərimiz, şanlı Ordumuzla qürur duyuruq”.

Qeyd olunub ki, Ermənistan işğalından azad olunan ərazilərimizin qısa zaman kəsiyində minalardan təmizlənməsi işlərinin aparılması, öz yurdlarından köçkün düşmüş soydaşlarımızın azad olunmuş torpaqlarımıza Böyük qayıdışı, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi naminə aparılan quruculuq işləri, şəhid ailələrinə və qazilərimizə göstərilən yüksək qayğı xalqımız, o cümlədən vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən yüksək qiymətləndirilir, dəstəklənir.

“Azərbaycanın regionda inkişaf və sülh naminə çağrışları və əməli fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur, qələbəmizin nəticələrini və ölkəmizin nüfuzunu gücləndirir. Azərbaycan regionda sülhün, əmin-amanlığın təminatı üçün bütün imkanlardan istifadə edir, bu istiqamətdə atılan addımlar bölgədə dayanıqlı sülhə və inkişafa zəmin yaradır.

Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının mütləq əksəriyyəti Sizin rəhbərliyiniz altında işğaldan azad olunan torpaqlarımıza Böyük qayıdış və həmin ərazilərdə həyata keçiriləcək dirçəliş fəaliyyətlərinə tam dəstəyini ifadə edir, yerli və beynəlxalq tribunalarda ölkəmizin haqq işinin müdafiəsi və təbliği işində əlindən gələni əsirgəməyəcəyini əminliklə bildirir”, – deyə məktubda qeyd olunur.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.
Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
İclasda  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri və QHT təmsilçiləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanıb. Məktubda deyilir:
“Möhtərəm cənab Prezident,
Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirik.
44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Zəfər tarixidir. Bu qələbə Ali Baş Komandan kimi qətiyyətiniz, Azərbaycan xalqının sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı və fədakarlığı nəticəsində mümkün oldu. 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycanın tarixi qələbəsi işğalçı Ermənistanın yaratdığı mifləri dağıtdı, xalqımıza mənəvi üstünlük gətirdi, tarixi inkişafımızda, yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoydu.
Sizin diplomatik cəbhədə və informasiya müharibəsində əzmkar fəaliyyətiniz mahir diplomatiyanın parlaq nümunəsi, güclü və təcrübəli, uzaqgörən dövlət xadiminin qətiyyətinin təcəssümü idi. Xalqımızı səfərbər edərək böyük qələbəyə aparan Müzəffər Ali Baş Komandan kimi Sizinlə, torpaqlarımızın işğaldan azad olunmasında canından keçən qəhrəman əsgər və zabitlərimiz, şanlı Ordumuzla qürur duyuruq.
Möhtərəm cənab Prezident,
Ermənistan işğalından azad olunan ərazilərimizin qısa zaman kəsiyində minalardan təmizlənməsi işlərinin aparılması, öz yurdlarından köçkün düşmüş soydaşlarımızın azad olunmuş torpaqlarımıza Böyük qayıdışı, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi naminə aparılan quruculuq işləri, şəhid ailələrinə və qazilərimizə göstərilən yüksək qayğı xalqımız, o cümlədən vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən yüksək qiymətləndirilir, dəstəklənir.
Azərbaycanın regionda inkişaf və sülh naminə çağrışları və əməli fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur, qələbəmizin nəticələrini və ölkəmizin nüfuzunu gücləndirir. Azərbaycan regionda sülhün, əmin-amanlığın təminatı üçün bütün imkanlardan istifadə edir, bu istiqamətdə atılan addımlar bölgədə dayanıqlı sülhə və inkişafa zəmin yaradır.
Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının mütləq əksəriyyəti Sizin rəhbərliyiniz altında işğaldan azad olunan torpaqlarımıza Böyük qayıdış və həmin ərazilərdə həyata keçiriləcək dirçəliş fəaliyyətlərinə tam dəstəyini ifadə edir, yerli və beynəlxalq tribunalarda ölkəmizin haqq işinin müdafiəsi və təbliği işində əlindən gələni əsirgəməyəcəyini əminliklə bildirir.
Möhtərəm cənab Prezident,
Sizin də qeyd etdiyiniz kimi, Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Bu bayramı bizə yaşadan əziz şəhidlərimizi rəhmət və ehtiramla anırıq.
Zəfər bayramınız mübarək!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın rəşadətli Azərbaycan ordusu!
Yaşasın Azərbaycan xalqı!
Qarabağ Azərbaycandır!
Dərin hörmətlə,
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
Müşahidə Şurasının üzvləri və QHT təmsilçiləri:
Vüsal Quliyev
İsrayıl İsgəndərov
Əvəz Həsənov
Azər Allahverərov
Nurəddin Mehdiyev
Günel Səfərova
Zaur İbrahimov
Novella Cəfərova
Umud Mirzəyev
Sahib Məmmədov
Əliməmməd Nuriyev
Rauf Zeyni
Rey Kərimoğlu
Səltənət Qocamanlı
Səadət Bənənyarlı
Cəlil Xəlilov
Davud Rəhimov
Rəna Mirzəzadə

Azərbaycan Milli QHT Forumunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri ilə görüş keçirildi.

Milli QHT Forumunun ofisində 31 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri İsrayil İsgəndərov və Günel Səfərova ilə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvlərinin görüşü keçirildi. Görüşdə Azərbaycan MQF-nin prezidenti Rauf Zeyni Azərbaycan Milli QHT Forumunun son illərdə fəaliyyəti və üzləşdikləri problemlər barəsində qısa məlumat verdi. Azərbaycan …