Hündürlüyü iki metr olan “Şuşa” yazısı hazırdır

Vətən Müharibəsi nəticəsində işğaldan azad olunan Şuşa şəhərində quraşdırılması üçün iri ölçülü (iki metrə yaxın hündürlükdə) yazı hazırlanıb.

Xüsusi işıq diodları ilə təchiz olunmuş konstruksiya elektrik enerjisinin verilib-verilməməsindən asılı olmadan sutkanın qaranlıq vaxtında da göz oxşayacaq.

“AdCo” reklam şirkəti tərəfindən hazırlanan yazının Azərbaycanın mədəniyyət paytaxtında yerləşdirilməsi üçün artıq aidiyyəti qurumlara müraciət olunub və təsdiqini gözləyir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin düşməndən azad edildiyini açıqlayıb. Hazırda şəhərdə infrastrukturun bərpası həyata keçirilir, restavrasiya işləri üçün hazırlıqlar görülür.

Paylaşın: